...

Bakı elektrik stansiyasında 270 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub

Energetika Materials 18 Sentyabr 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Fevral ayında istismara verilən 104-MVt-luq Bakı elektrik stansiyasında (ES) ötən ay 53 mln, kVt/saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında bildirilir. Cari ilin yeddi ayı ərzində 278 mln. kVt/saatdan çox elektrik enerjisi istesal olunub.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində 1, 6 və 8 saylı aqreqatlarda texniki xidmətlər başa çatdırılıb. Analoji tədbirlər 7 saylı aqreqatda da aparılır.

Xəbər lenti

Xəbər lenti