...

Rusiyalı politoloq: "Transxəzər" qaz kəməri qazın qiymətinə dair Rusiya ilə apardığı danışıqlarda Türkmənistan üçün arqument ola bilər"

Energetika Materials 1 Oktyabr 2007 14:26 (UTC +04:00)
Rusiyalı politoloq: "Transxəzər" qaz kəməri qazın qiymətinə dair Rusiya ilə apardığı danışıqlarda Türkmənistan üçün arqument ola bilər"

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Türkmənistan və Rusiya arasında qazın qiyməti ilə bağlı aparılan gərgin danışıqlar və Türkmənistanın Rusiyaya ixrac etdiyi qazın qiymətini artırmaq niyyəti "Transxəzər" qaz kəmərinin tikintisi layihəsinin reallaşmasını sürətləndirməyə imkan verməyəcək. Rusiyanın "Kommersant" qəzetinin baş redaktorunun müavini, politoloq Azər Mürsəliyev belə hesab edir.

"Transxəzər" qaz kəmərinin tikintisinin stimullaşdırılması və Rusiya üçün (Türkmənistan) qazın qiymətinin artırılması arasında heç bir əlaqə yoxdur. "Transxəzər" qaz kəməri, yaxud Çinə olan qaz kəməri kimi alternativ layihələr Türkmənistanın Rusiyaya ixrac etdiyi qazın qiyməti ilə birbaşa deyil, dolayı yolla əlaqədardır" - deyə bazar ertəsi telefonla Mürsəliyev bildirib.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov sentyabr ayında amerikalı biznesmenlərlə görüşdə Rusiya ilə qaz məsələləri barədə aparılan danışıqların gərgin olduğunu bildirib. "Kommersant" qəzetinin verdiyi məlumata görə, prezidentin sözləri 2008-ci il yanvarın 1-dən Türkmənistanın "Qazproma"a satdığı qazın qiymətini bir kubmetr üçün 150 dollara qədər artırmaq niyyəti ilə bağlıdır.

Mürsəliyevin sözlərinə görə, "Transxəzər" qaz kəmərinin tikintisinin perspektivləri Rusiya ilə danışıqlarda Türkmənistan üçün arqumentə çevrilə bilər.

"Transxəzər" qaz kəməri Türkmənistan qazını Xəzər dənizinin dibindən keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya ixrac etməyə imkan verəcək. Kəmərin gücü il ərzində 20 mlrd. kubmetr qaz təşkil edə bilər, tikintinin dəyəri isə 10 mlrd. dollar həcmində qiymətləndirilə bilər. Layihənin reallaşmasına Azərbaycan və Türkmənistan arasında Xəzərin statusu və iki ölkə arasında orta xəttdə yerləşən "Kəpəz" neft yatağının hansı tərəfə mənsubluğu ilə bağlı həlledilməmiş məsələlər mane olur.

Xəbər lenti

Xəbər lenti