...

Azərbaycan boru kəməri istehsalı ilə məşğul olan "Sarmatiya" şirkəti səhmdarlarının tərkibinə daxil olmaq barədə təkliflə razılaşıb

Energetika Materials 4 Oktyabr 2007 14:26 (UTC +04:00)
Azərbaycan boru kəməri istehsalı ilə məşğul olan "Sarmatiya" şirkəti səhmdarlarının tərkibinə daxil olmaq barədə təkliflə razılaşıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Bakıda verdiyi məlumata görə, Azərbaycan "Sarmatiya belnəlxalq boru kəməri müəssisəsi" MMC-nin səhmdarlarının tərkibinə daxil olmağa razılıq verib.

"Sarmatiya"nın tərkibinə Litvanın "AB Klaipedos Nafta", Gürcüstanın neft və qaz korporasiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) daxil olacağı gözlənilir. Uzunluğu təxminən 490 km olan "Brodı-Plotsk" neft kəmərinin bir hissəsinin tikintisi layihəsinin reallaşması məqsədilə "Uktransnafta" və Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." neft və nəqliyyat inhisarçısı 2004-cü ilin iyulunda "Sarmatiya" BM-i təsis ediblər. Şirkətin fəaliyyətinin əsas istiqamətləri layihə-smeta sənədlərinin hazırlanması, investisyaların cəlb edilməsi, tikinti işlərinin təmin edilməsidir. "Sarmatiya" texniki-iqtisadi əsaslandırmanı hazırlamalı və Xəzər dənizi regionundan Polşaya neftin nəqlinin effektivliyini müəyyən etməli olacaq.

"Hazırda məsələ daha böyük xarakter daşıyır, neftin (Qdanskdan) Xəzərə qədər nəqli. Neft kəmərinin inkişafı ciddi neft yataqlarının olmasını tələb edir. ("Brodı-Plotsk-Qdansk") neft kəməri üçün neftin nəqlinin yeganə real mənbəyi "Odessa-Brodı"dır" - deyə nazir bildirib.

"Sarmatiya" şirkətinin iştirakçılarının tərkibinin genişlənməsi məsələsi oktyabrın 10-11-də Litvada baş tutacaq energetika forumunda müzakirə olunacaq.

"Odessa-Brodı" magistral neft kəməri 2001-ci ildə tikilib. Bir neçə il ərzində kəmər istifadə olunmayıb. 2004-cü il iyunun sonuda Ukrayna kəmərdən rezerv rejimində Rusiya neftinin nəqli üçün istifadə etməyə razılıq verib.

Xəbər lenti

Xəbər lenti