...

Azərbaycanda külək elektrik stansiyası tikiləcək

Energetika Materials 22 Oktyabr 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti 30 MVt gücündə külək elektrik stansiyasının tikilməsi üzrə pilot layihə hayata keçirmək niyyətindədir. Bu barədə bazar ertəsi SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.Onun sözlərinə görə, layihənin müzakirəsi aparılır. Stansiyada hər biri 1-1,5 MVt gücündə olan bir neçə külək mühərrikin quraşdırılması planlaşdırılır. Layihənin dəyəri, onun həyata keçirilməsi üçün podratçını müəyyən edildikdən sonra bəlli olacaq.

Əsgərov söyləyib ki, layihə həyata keçirilənə qədər elektrik enerjisinin satılması məsələsini həll etmək lazımdır.

Külək elektrik stansiyasında istehsal olunan enerjinin dəyəri, Azərbaycanın elektrik enerjisinə olan tələbatının 90 faizinin təmin edildiyi istilik- eltrik stansiyalarındakı istehsalı bir neçə dəfə üstələyir.

"Müəyyən etmək lazımdır ki, istehsal olunan enerjini kim alacaq",-deyə Əsgərov söyləyib.

Xəbər lenti

Xəbər lenti