...

2008-ci ildə dünya neft bazarını nə gözləyir – analitiklərin rəyi

Energetika Materials 4 Dekabr 2007 16:58 (UTC +04:00)
2008-ci ildə dünya neft bazarını nə gözləyir – analitiklərin rəyi

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ 2007-ci ilin əvvəlindən neftin beynəlxalq qiymətləri təxminən 50 faiz artaraq, noyabrda rekord göstəriciyə - 1 barel üçün 99 dollara çatıb.

Yüksək qiymətlər OPEK-in sutkada 1,3 mln. barel neft istehlakı proqnozlarının 1,2 mln. barelə düşməsinə səbəb olub.

Çərşənbə axşamı Trend -ın apardığı rəy sorğusu zamanı analitiklər 2008-ci ildə neft bazarında dəyişikliklər barədə öz fikirlərini ifadə ediblər.

Antanta Kapital İnvestisiya Şirkətinin neft və qaz üzrə analitiki Teymur Xayrulin:

Qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olacaq amillər mövcuddur - bunlar neftə olan tələbat artımı (ilk növbədə, Çin tərəfindən), qeyri-stabil regionlar üzrə dünya hasilatında əhəmiyyətli dərəcədə pay (İraq, İran, Venesuela, Nigeriya) , dolların zəifləməsi, OPEK-in uzunmüüddətli perspektivdə gəlirlərin artmasında əhəmiyyətli rola malik olmasıdır. Eyni zamanda, neft bazarında korreksiyaya gətirib çıxıra biləcək amillər də mövcuddur. Bu, dünyada iri neft alıcısı olan ABŞ iqtisadiyyatının sütətinin aşağı düşməsi və hec fondlarının ticarət bazarlarında əməliyyatlara mümkün maraqlarının azalmasıdır. Yekunda biz neft bazarlarında yüksək səviyyədə qeyri-stabillik və neftin URAL növünün orta qiymətinin 1 barel üçün 80 dollar səviyyəsində olacağını gözləyirik.

Alfa Bank-ın neft-qaz sahəsində analitiki Konstantin Batunin:

Neftin qiymətlərinə tələbat və təkliflərlə yanaşı, təbii kataklizmlər da təsir edir. Neft bazarına Yaxın Şərq amilləri, xüsusilə İrandakı vəziyyət də böyük təsir göstəərəcək. 2008-ci ildə neftin orta qiyməti hazırkı səviyyədən aşağı olacaq.

ATON Broker İnvestisiya Şirkətinin neft-qaz sahəsində analitiki Broker Artem Konçin:

2008-ci ildə neftin orta qiyməti hazırkından bir qədər yüksək olacaq. Hazırkı tendensiyanı nəzərə alsaq, gələn il neftin qiyməti 1 barel üçün 115-120 dollar təşkil edəcək.

Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev:

Bu gün paralel olaraq iki tendensiya müşahidə olunur: neftin qiymət artımı və dolların qiymətinin aşağı düşməsi. Əgər neftin qiymətinin artmasına təsir edən əsas amil Hindistan və Çin kimi inkişaf edən ölkələrdə artan təlabatdırsa, dolların ucuzlaşmasına təsir edən əsas amilsə, ABŞ-ın siyasəti ilə əlaqədardır. 2008-ci ilin əsas hadisəsi ABŞ-da keçiriləcək seçkilər olacaq. Çox ehtimal ki, hazıırkı administrasiya neft koorporasiyalarının səmərəli işləməsi üçün stabil baza yaratmağa səy göstərir. Bu o deməkdir ki, neftin qiymətləri, minimum olaraq, hazırkı səviyyəsində qalacaq.

Xəbər lenti

Xəbər lenti