...

"Trend" agentliyi Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən konfransın nəticələri üzrə qiymətli mükafatlar təqdim edib (video)

Energetika Materials 7 Dekabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Cümə günü Bakıda Konstitusiya gününə həsr olunan 56-cı elmi-texniki konfransın diploma layiq görülən tələbələrinin adları elan edilib. Konfrans noyabrın 13-dən 29-dək Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) keçirilib. Konfransın proqramına 9 bölmə üzrə 286 bakalavr və 56 magistratura tələbəsinin elmi məruzələri daxil edilib. Noyabr ayı ərzində 20 iclas keçirilib və 231 məruzə dinlənilib. Hər bir məruzə bal sistemi üzrə xüsusi komissiya tərəfindən qiymətləndirilib. Təşkilat komitəsinin sədr müavini Ramiz Hümbətov konfransın nəticələrini elan edib. Bu gün yüksək bal toplayan 17 tələbəyə birinci dərəcəli, 20 tələbəyə ikinci dərəcəli, 16 tələbəyə isə Həmkarlar İttifaqı adından pul mükafatları və 6 əcnəbiyə həvəsləndirici mükafatlar verilib. Tələbələrə konfransın sponsorları tərəfindən qiymətli hədiyyələr verilib. Konfransın sponsorları Trend informasiya agentliyi, "Siemens", "Emerson Process Management", "Halliburton Digital and Consulting", KBR, "KCA Deutag", "Total", "Azercell" şirkətləridir.

Xəbər lenti

Xəbər lenti