...

Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta portfelinin strukturunu dəyişməyi təklif edib - Neft Fondunun rəhbəri

Energetika Materials 12 Dekabr 2007 14:46 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta portfelinin strukturunu dəyişməyi təklif edib - Neft Fondunun rəhbəri

Azərbaycan, Bakı / Trend müxbirlər S.İlhamqızı, S.Babayeva, A.Bədəlova/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası 2008-ci ildə fondun valyuta portfelinin strukturunu dəyişmək barədə qərar qəbul edib. Bu barədə çərşənbə günü fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Mövsümovun sözlərinə görə, dəyişikliklərə fondun ehtiyatlarında dollar ekvivalentinin hazırki 55%-dən 50%-ə qədər azaldılması daxildir.

"Bununla bağlı dövlət başçısına təklif təqdim olunub" - deyə Mövsümov bildirib.

Fondun təklifi təsdiq olunarsa, 2008-ci ildən başlayaraq fondun valyuta portfelinin 50%-i Amerika dollarında, 40%-i avroda, 5%-i funt sterlinqdə, 5%-i isə digər valyutada olacaq.

Hazırda ARDNF-nin vəsaitlərin idarə edilməsi qaydalarına müvafiq olaraq valyutanın diversifikasiyası aşağdakı kimi baş verir: 55% dollarla, 35% avro ilə, 5% funt sterlinqlə, digər 5% isə aparıcı ölkələrin valyutasında yerləşdirilib.

Fondun rəhbəri bildirib ki, ilin sonuna qədər ARDNF-nin investisiya strategiyası, bu strategiyaya daxil olan 2008-ci il büdcəsi və təkliflər təsdiq olunmalıdır.

Fondun 2008-ci il üçün nəzərdə tutulmuş xərcləri 1,6 mlrd. manatı ötəcək, bu vəsaitin 11 mlrd. manatı dövlət büdcəsinə transferlərin payına düşür. Fondun 2008-ci il üçün təklif olunmaş budcəsinə əsasən qaçqın və məcburi köskünlərin ehtiyaclarına 145 mln. manat nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti