Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yol İdarəsi (ADDYİ) respublika daxilində bütün marşrutlar üzrə hərəkət edən qatarlarda vaqonların sayını artırıb. Bu barədə cümə axşamı ADDYİ-nin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib.
Onun sözlərinə görə, avtomobil nəqliyyatının hərəkətini çətinləşdirən pis hava şəraiti səbəbindən dəmir yolu sərnişinlərinin sayı artıb. Bu, vaqonların sayının artırılmasına gətirib çıxarıb.
Azməmmədovun sözlərinə görə, bununla yanaşı bir neçə şəhərətrafı elektrik qatarlarının sayı azaldılıb. Bu "Eksesior" oteli yaxınlığında yeni körpünün tikilməsi ilə əlaqədardır. Tikinti işləri ilə əlaqədar olaraq elektrik qatarlarının şəhər ətrafına gediş-gəlişi əvvəllər olduğu kimi, dəmir yolu vağzalından deyil, "Məşədi Əzizbəyov" metrosu yanından həyata keçirilir. Elektrik qatarlarının sayı 18-dən 12-yə endirilib.
Körpü tikilib qurtardıqdan sonra qatarların sayı yenidən artırılacaq.