...

Azərbaycan Gürcüstana qaz tədarükünü bərpa etməyə hazırlaşır

Energetika Materials 16 Yanvar 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir S.Əliyev/ Azərbaycan yaxın günlərdə Gürcüstana qaz tədarükünü bərpa edəcək. Bu barədə çərşənbə günü ölkə hökumətindən məlumat veriblər. Qaz tədarükü Azərbaycanın Dövlət Neft Şirkəti ilə layihə üzrə həyata keçiriləcək.

"Qaz tədarükünün bərpa edilməsinin maksimal müddəti bu ayın sonudur" - hökumət nümayəndələri bildiriblər. Onların sözlərinə görə, hazırda tədarük ediləcək qazın qiyməti müzakirə edilir.Rəqəm ötən il satılan qazın qiymətinə nisbətən dəyişəcək. Qazın həcminin dəqiqləşdirilməsi prosesi gedir.

Ötən il qazın 1000 kubmetri 120 dollara satılırdı. Gürcüstan qazın bir hissəsini Rusiyadan , 1000 kubmetrini 235 dollara alır.

Azərbaycanın Dövlət Neft Şirkəti öz yataqlarında hasil edilən qaza malikdir. 2007-ci ilin sonunadək Azərbaycan Gürcüstana sutkada təxminən 1,3-1,5 mln. kubmetr ARDNŞ-nin yataqlarında hasil edilən qaz tədarük edirdi. Qaz Gürcüstan sərhədlərinədək "Azəriqaz" Səhmdar Cəmiyyətinin qaz kəmərləri vasitəsilə nəql olunurdu.

Ekspertlər Gürcüstana qaz tədarükünə başlanılmasını bu ölkədə qazpaylayıcı şəbəkələrin idarə edilməsinə tenderin başa çatması ilə əlaqələndirilər. Azərbaycanın Dövlət Neft Şirkəti ona məxsus SOCAR Georgia vasitəsilə Gürcüstanın qazpaylayıcı şəbəkələrinin idarə edilməsinə dair tenderdə iştirak edir. Müsabiqəyə ümumilikdə 5 lotda birşləşdirilmiş 29 qazpaylayıcı şəbəkə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti