Azərbaycan, Bakı, 02 fevral / Trend / 1999- cu ildən "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən mənfəət neftinin satışından Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) $2 mlrd.-dan çoxgəlir əldə edib,- ARDNŞ- nin prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda deyib.
Ötən il Şirkətin konsorsiumu tərəfindən işlədilən "Azəri-Çıraq-Günəşli" yatağından 32 mln. tondan çox neft hasil edilib. Bu göstərici 2006- cı ildə 23 mln. tona bərabər olub.
"Azəri-Çıraq- Günəşli" yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), ChevronTexaco (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8, 5633%), ExxonMobi (8,006%), TRAO (6,75%), Devon Energy (5,6262%), İtochu (3,9205%), Delta Hess (2,7213). Gərəkli kapital yatırımının həcmi - təxminən $20 mlrd. təşkil edir.
"Azəri - Çıraq - Günəşli" yatağından hasilatın pay bölgüsü barədə razılıq 1994- cü ildə imzalanıb. Müqavilə "Azəri"- "Çıraq"- "Günəşli" müqavilə sahəsinin 30 ilə ərzində işlənməsini nəzərdə tutur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə, 2006-cı ilin sonunda başlanıb. "Günəşli" yatağının dərin su hissələrində hasilata bu ilin ortalarında başlanması nəzərdə tutulur.