...

Azərbaycan və Aİ TransXəzər qaz kəməri layihəsi üzrə razılığa gəliblər

Energetika Materials 4 Fevral 2008 17:24 (UTC +04:00)
Azərbaycan və Aİ TransXəzər qaz kəməri layihəsi üzrə razılığa gəliblər

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Aİ Tran Xəzər qaz kəməri layihəsi üzrə razılığa gəliblər. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin prezidenti, Sloveniya XİN-nin rəhbəri Dmitri Rupel məlumat veriblər.

"TransXəzər layihəsi enerji ehtiyatlarının Avropaya nəqlinin alternativ yollarının lehinə çıxış edən Aİ üçün çox vacibdir. Biz artıq Qazaxıstan, Türkmənistan və Azərbaycanla bu sahədə Anlaşma Memorandumu imzalamışıq. Bakıdakı danışıqlar zamanı Azərbaycanın TransXəzər qaz kəməri layihəsi üzrə mövqeyini öyrəndik", - Rupel bildirib.

"Azərbaycan TransXəzər qaz kəməri üzrə Aİ ilə əməkdaşlığa hazırdır və istənilən Mərkəzi Asiya ölkəsi bu layihəyə qoşula bilər", - Azərbaycan XİN-in rəhbəri bildirib.

TransXəzər qaz kəməri layihəsi Xəzərin dibi ilə buraxıcı gücü ildə 30 mlrd. kubmetr qaz olan qaz kəmərinin tikintisini nəzərdə tutur. Uzunluğu təxminən 2 min km. olan qaz kəməri türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracını nəzərdə tutur. Boru kəmərinin çəkilməsinin texniki şərtləri "Mavi axın" (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) boru kəmərinin çəkilməsindən sərfəlidir. Bu, Xəzərin daha az dərin olması və Qara dənizlə müqayisədə, daha əlverişli təbii mühitə malik olması ilə izah edilir.

TransXəzər boru kəməri hazırda Gürcüstan vasitəsilə qazın Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından Türkiyəyə nəql edildiyi Cənubi Qafqaz qaz kəməri ilə birləşdirilə bilər. Cənubi Qafqaz qaz kəmərinin buraxıcı gücü ildə təxminən 20 mlrd. qaz kubmetr təşkil etsə də, ekspertlərin qiymətlərinə görə, o, nəql üçün azad həcmlərə malik olacaq. Bu isə Azərbaycanda qaza təlabatın güman edilən artımı ilə izah edilir. Bundan əlavə, boru kəmərinin buraxıcı gücünün genişləndirilməsi üçün texniki imkanlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti