...

Çin neft şirkəti Azərbaycanda gəlirinin artdığını bildirib

Energetika Materials 4 Fevral 2008 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend / 2007-ci ilin birinci yarısında Azərbaycanın quru yataq bloku "Kürsəngi" - "Qarabağlı" üzrə layihə çərçivəsində, Çin şirkəti "CNPC Hong Kong Ltd"nin payına 547 min barel neft (təxminən 75 min ton) düşür. 2006-cı ilin birinci yarısında bu göstərici 530 min barel (73 min ton) olub. Bu barədə layihənin 25 faizinə malik olan şirkətin məlumatında bildirilib.

Məlumatda bildirilib ki, bu müddətdə gəlir əldə edilməsi (vergi ödəmələrindən sonra), 2006-cı ilin birinci yarısında $5,27 mln.-a qarşı, $5,5 mln. təşkil edib. Əvvəlki dövrə nisbətən, artım $230 min. və ya 4,52 faiz təşkil edib.

2007-ci ilin birinci yarısında "Kürsəngi-Qarabağlı"da əməliyyatların dəyəri, 2006-cı ildəki $9,5 mln.-a qarşı, $7 mln. təşkil edib.

"CNPC", "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin işlədilməsi üzrə əməliyyat şirkətinin səhmdarıdır. 2007-ci ilin birinci dövrü ərzində müqavilə sahəsində araşdırma işlərinə $2 mln. sərf edilib. 2006-cı ilin müvafiq dövründə bu göstərici $1 mln.-a bərabər olub.

2008-ci ildə əməliyyat şirkəti altı istismar quyusunun qazılmasını nəzərdə tutub. Quyuların dərinliyi təxminən 3500- 4000 metr təşkil edəcək. Şirkətin bu il üçün büdcəsi $45,5 mln. səviyyəsində müəyyən edilib.

"Kürsəngi - Qarabağlı" yatağının hazırlanmasına dair razılığın iş müddəti 25 il təşkil edir. Layihənin səhmdarları bunlardır: ARDNŞ (50%), iki Çin şirkəti - hər biri 25 faizə malik olan "China National Oil & Gas Exploration and Development Corp. (CNODC)" və "CNPC (Hong Kong) Ltd. (CNPCHK)"

"Cənub-Qərbi Qobustan" quru yatağının işlədilməsinə dair müqavilə 1998-ci il iyunun 2-də imzalanıb. Layihənin iştirakçıları bunlardır: ARDNŞ - 20 faiz, "Vitol", "CNPC", "CNODC" - 80 faiz.

Xəbər lenti

Xəbər lenti