...

Yanvarda Azərbaycan neft məhsulların əsas növlərinin istehsalını azaldıb

Energetika Materials 15 Fevral 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend / Yanvarda, Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Heydər Əliyev" adına (keçmiş "Azerneftyanacag") Bakı NEZ və "Azerneftyag" 607 min ton neft emal ediblər. Bu müəssisələrdə neft emalı ötən ilə nisbətən 7,7 faiz enib.

Azərbaycanın Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, avtomobil benzininin istehsalı ötən ilin oxşar dövrü ilə müqayisədə 14,1 faiz, ağ neftin - 7,3 faiz, dizel yanacağının - 3,8 faiz, mazut - 48,5 faiz, birbaşa qovulmuş benzinin istehsalı isə 62 faiz azalıb. Sürtkü yağının istehsalı 15,2 dəfə, neft - bitum - 3,4 faiz artıb.

2008-ci ilin yanvarında Azərbaycanda neft məhsullarının istehsalı:

Min ton Yanvar-08 2007-ci ilin yanvarına nisbətən %-la
Avtomobil benzini 68,5 85,9
Ağ neft 59,5 92,7
Yanacaq mazutu 144,7 51,5
Dizel yanacağı 185 96,2
Neft -bitum 6 103,4
Sürtkü yağı 9,1 15,2 dəfə
Birbaşa qovulmuş benzin 22,7 38
Xəbər lenti

Xəbər lenti