...

Azərbaycan və Gürcüstan qaz ilə əlaqədar danışıqları martda davam etdirəcək - ARDNŞ rəhbəri

Energetika Materials 26 Fevral 2008 12:32 (UTC +04:00)
Azərbaycan və Gürcüstan qaz ilə əlaqədar danışıqları martda davam etdirəcək  - ARDNŞ rəhbəri

Azərbaycan, Bakı, 26 fevral / " , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstana qaz tədarükünə dair danışıqlar mart ayında Bakıda davam etdiriləcək. Bu barədə çərşənbə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Hazırda Gürcüstana qaz tədarükü ilə bağlı yeni müqavilə müzakirə olunur. Müqavilə qaz hasil edən (qazı şəxsi yataqlarından hasil edir) ARDNŞ ilə bağlanacaq.

Azərbaycan nümayəndələrinin əvvəllər bildirdiyinə görə, Gürcüstanın ildə 1-1,5 mlrd. kub metr qaza tələbatının olmasına baxmayaraq, respublika bu ölkəyə il ərzində 500 mln. kub metr qaz vermək iqtidarındadır. Gürcüstan Azərbaycanın şəxsi qazını 1000 kub metrini 180-190 dollar qiymətinə almağa hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti