...

Qazaxıstan parlamentinin Senatı Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmaya dair sənədi təsdiq edib

Energetika Materials 24 Aprel 2008 11:25 (UTC +04:00)
Qazaxıstan parlamentinin Senatı Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmaya dair sənədi təsdiq edib

Qazaxıstan, Astana, 24 aprel / Trend , müxbir K.Konırova/ Qazaxıstan Senatı (Parlamentin yuxarı palatası) cümə axşamı keçirilən plenar iclasda neftin Bakı-Tbilisi-Ceyhan (BTC) sistemi vasitəsilə nəqlinə dair Azərbaycanla müqavilənin təsdiq edilməsi barədə qanun layihəsini təqdir edib.

Sənəd qəbul olunmuş hesab olunur və imzalanması üçün Qazaxıstan prezidenti Nursultan Nazarbayevə təqdim olunacaq.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometdir. Boru kəmərinin 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında başlanılıb, neftlə doldurulması isə 2005-ci il mayın 18-da həyata keçirilib.

Netf boru kəmərinin Gürcüstan hissəsinə 2005-ci il avqustun 10-u, Türkiyə hissəsinə 2005-ci il noyabrın 18-i, Ceyhan terminalına isə 2006-cı il mayın 28-də çatıb.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Tikinti işləri, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bu xərclərə daxil deyil. Maliyyə kreditinin ümumi məbləği 2,6 mlrd. təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti