...

Azərbaycanın qaz emalı zavodu emal həcmini artırıb

Energetika Materials 2 May 2008 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ " Hazırda ölkənin Dövlət Neft Şirkətinin (ARDNŞ) Azərbaycan Qaz Emalı Zavoduna (AzQEZ) emal üçün sutkada 18 mln. kubmetr həcmində ümumi hasilatdan 12 mln. kubmetr qaz göndərilir. Bu barədə cümə günü hökumətdən məlumat veriblər. Ötən il zavodda sutkada təqribən 9 mln. kubmetr qaz emal edilib.

Əvvəllər ARDNŞ-nin dəniz yataqlarında, xüsusilə də "Bahar" yatağında qaz nəqlinin və qaz emalı müəssisəsinin yüklənməsinin artırılması məqsədilə boru kəmərlərində işlər aparılıb.

ARDNŞ Azərbaycanda qaz hasilatının artması ilə Az QEZ-in emal gücünü artırmağı planlaşdırır. Ekspertlər güman edirlər ki, bu həcm ildə 6 mlrd. kubmetr qazadək artırılacaq. ARDNŞ-nin şəxsi vəsaitləri hesabına işlədiyi yataqlarda qaz hasilatının artırılması üzrə proqramına əsasən, bu ildən etibarən hər il 8 mlrd. kubmetr qaz hasil etmək nəzərdə tutulur.

Ötən il "Azərbaycan qaz emalı zavodu" SC özəlləşdirmə proqramından çıxarılıb və ARDNŞ-nin balansına qaytarılıb.

Azərbaycan qaz emalı zavodunun birinci növbəsi 1961-ci ildə istismara verilib. Altı qaz emalı qurğusundan əlavə, qaz kondensatının emalı (gücü ildə 675 min ton), və qeyri-sabit benzinin fraksiyalaşdırılması (ildə 600 min ton) üzrə qurğular tikilib. Zavoddakı texnologiyalar mayeləşdirilmiş qaz, kerosin fraksiyası (qaz emalı qurğuları üçün reagent), ağır kondensat (neft emalı zavodları üçün xammal) və qaz benzini (Sumqayıtın neft-kimya kompleksi üçün xammal) istehsal etməyə imkan verir.

Əvvəllər Az QEZ-ə qaz və kondensat Qaradağ yatağından daxil olub. Sonra isə Azərbaycanın dəniz neftçilərinin hasil etdikləri səmt qazı və təbii qaz da xammal axınına qoşulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti