...

Azərbaycan neftinin qiyməti: iyunun 2-6-sı həftənin yekunu

Energetika Materials 9 İyun 2008 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir A.Bədəlova/ İyunu 2-6-sı həftəsində AZERI LT (CIF) növlü neftinin qiyməti bir barrel üçün $129,29 təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,52 aşağıdır. Sözügedən nefti Azərbaycan Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satır.

İyunu 2-6-sı həftəsində AZERI LT bir barrel üçün maksimal qiyməti $136,04, minimal - $125,09 təşkil edib.

Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

İyunu 2-6-sı həftəsində həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $119,05, bu da ötən həftənin orta qiymətindən $2,63 aşağıdır.

İyunu 2-6-sı həftəsində URALS bir barrel üçün maksimal qiyməti $126,33, minimal - $114,83 təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

İyunun 2-6 may həftəsindəBrent Dated neftinin orta qiyməti $126,43/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $2,57/barel çoxdur. Maksimal qiyməti $122,04/barel, minimal qiymət isə $133,23/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36faizdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti