...

Yanvar-iyulda Azərbaycanın daxili bazarında dizel yanacağı satışı artıb

Energetika Materials 15 Avqust 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ Trend / Yanvar-iyulda Azərbaycanın daxili bazarına təxminən 2,9 mln. neft məhsulları göndərilib ki, bu da 2007- ci ilin yanvar-iyulundan 6 faiz çoxdur. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 495,8 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2007-ci ilin analoji dövründən 16,7 faiz çoxdur. Azərbaycanın Daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-iyulunda Azərbaycanın Azpetrol şirkəti realizə edilmək üçün 252 min tondan çox, LUKOIL isə, təxminən 76,4 min ton avtomobil benzini alıb.

Yanvar-iyulda daxili bazarda 596,6 min ton dizel yanacağı satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 55,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetol bu həcmdən 191,5 min ton, LUKoil isə 62,6 min tondan çox alıb. Xəzər Dəniz Gəmiçiliyi 10,1 min tondan çox dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu reallaşdırılıb. Yanvar-iyulda 760,3 min ton mazut satılıb ki, bu da 2007- ci ilin analoji dövründən 35,3 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton M- 40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC təxminən 431,9 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün isə, sonradan emal edilmək üçün təxminən 280 min ton mazut alıb.

Bu dövrdə 304,4 min ton aviasiya kerosini satılıb ki, bu da 2007- ci ilin analoji dövründən 23,3 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatadır.

Yanvar-iyulda daxili bazarda 87,6 min ton neft bitumu satılıb. Bu, 2007-ci ildən 18,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvar-iyulda daxili bazarda 53,2 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2007- ci ilin yanvar-iyulundan 33 faiz azdır.

Daxili bazarda 571,1 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2007- ci ilin yanvar-iyulundan 77,3 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti