Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir E.İsmayılov/ Rusiyanın "Aqat Dizayn Büro"MMC və "Vımpel"ASC konstruktor bürosu şirkətləri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) üçün gəmilərin layihələndirilməsini həyata keçirirlər, - çərşənbə axşamı Trend -a telefonla Qorki adına Zelenodolsk gəmiqayırma zavodundan bildiriblər.
"Layihələndirilmə üzrə işlər başa çatdıqdan sonra, layihə (bir) seçiləcək və onda biz işimizə başlayacayıq", - zavoddan bildiriblər.
Hazırda bu müəssisə və ARDNŞ arasında danışıqlar aparılır, lakin "biz hələ yekdil fikrə gəlməmişik", - zavoddan qeyd ediblər.
Gəmilərin sayı ARDNŞ - dən asılı olacaq, lakin sifarişə ən azı dörd istehsal silsiləsi daxildir. Bu silsilələr sərnişin və yük daşımaları üçün gəmilər nəzərdə tutur, - zavoddan vurğulayıblar.
Sərnişin gəmilərinin nəzərdə tutulan tutumu 60 nəfərədək, yük gəmilərinin isə, 20-60 tondur.
"Qorki adına Zelenodolsk"ASC-nin istehsal-texniki bazası müxtəlf tipli, kiçik və orta dərəcəli gəmiləri tikməyə imkan verən müasir gəmiqayırma istehsalını əhatə edən kompleks sexlərdən ibarətdir.