Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Trend - ın A İ- nin energetika üzrə komissarı Andris Piyebalqla müsahibəsi
- Sizin fikrinizcə, avqustda baş verən gürcü - osetin münaqişəsi enerji daşıyıcıları nəqlinin təhlükəsizliyi baxımından Qafqazda vəziyyəti necə dəyişib?
- Hesab edirəm ki, istənilən münaqişənin təhlükəsizliyə toxunan nəticələri var və onlar yalnız enerji sektoru ilə məhdudlaşmır. Avropa İttifaqı Qafqazda sabitlik, demokratiya və azadlığı təmin edir və uzunmüddətli perspektivdə bu məsələlər bizim təhlükəsizliyimiz üçün daha vacibdirlər. Energetika müəyyən dərəcədə yerli münaqişələrin uzunmüddətli həllinin axtarışı kimi vacib məsələlərdən arxada qalır. Belə siyasi münaqişələrin olması faktdır: - təhlükəsizlik məsələsindəki hazırki real vəziyyət fiziki münaqişəyədək olan vəziyyətdən pis deyil.
- Münaqişə "Nabukko" qaz kəməri layihəsinin gələcək realizəsinə necə təsir göstərib? Aİ Gürcüstandakı hadisələrdən sonra bu layihəni necə qiymətləndirir?
- "Nabukko" Qafqazdan keçmir; o, Türkiyədə dayanır. Aİ - nin Türkiyə, Yaxın Şərq və Xəzər regionu ilə əlaqəsi Avropa İttifaqının Cənub qaz dəhlizinin bir hissəsi, "Nabukko" isə, bu dəhlizin layihələrindən biridir. Digər layihələrə Yunanıstan - İtaliya boru kəməri (İTGİ), TransAdriatik qaz kəməri (TAP), "Ağ axın" daxildir. Münaqişə [gürcü - osetin] dəhlizin uğuru üçün diversifikasiya və cəmləşdirmənin zəruriliyini vurğulayır. Münaqişə işləri yubatmaqdansa, sürətləndirib.
- Avropanın enerji tədarükü mənbələrinin diversifikasiyası üzrə siyasəti nə dərəcədə səmərəli şəkildə irəliləyir?
- Aİ enerji mənbələrinin diversifikasiyasında uğurlar əldə edir, bərpa olunan enerjinin payı artır. Belə siyasət lazımi şəkildə realizə edilərsə, uzunmüddətli planda o, böyük həcmdə faydalı qazıntılardan istifadəni azaldacaq, bizim idxaldan asılılığımızı yumşaldacaq və ya məhdudlaşdıracaq.
Qazın idxalına gəldikdə isə, diversifikasiya bir tərəfdən, bu gün ümumi tələbatın təxminən 10 faizini təşkil edən mayeləşdirilmiş təbii qazın payının artmasından, digər tərəfdən isə, Cənub dəhlizində yeni boru kəməri layihələrindən asılıdır. "Nabukko", İTGİ, TAP və ya "Ağ Axın" kimi layihələr yeni mənbələrdən Aİ ölkələrinə qaz ixracına yönəlib.
Tezliklə Azərbaycan Aİ - yə qaz satmağa hazır olacaq. Orta və uzunmüddətli perspektivdə İraq, Misir, Türkmənistan və ya Qazaxıstanın, uzunmüddətli perspektivdə isə, İran və Qətərin bizim yeni tərəfdaşlarımız olacağını gözləmək olar. Lakin buna nail olmaq üçün Aİ - nin əməkdaşlığın möhkəmlənməsinə və bu ölkələrin inkişafının dəstəklənməsinə cəlb edilməsi lazımdır.
- Hazırda planlaşdırılan boru kəmərləri Avropada qaza tələbatı ödəməyə kifayətdir yoxsa əlavə marşrutlara zərurət varmı?
- Aİ - də qaza və idxala tələbatın yüksəlməsi enerjinin qiymət artımı kimi müxtəlif amillərdən və 2020 - ci ildə qarşıya qoyduğumuz vəzifələrə nail olmağımızdan asılıdır:
- parnik qazlarının atmosferə buraxılmasının 20 faiz azaldılması;
- Aİ - nin enerji balansında bərpa olunan enerji mənbələrinin 20 faizinin təmin edilməsi;
- Avropa İttifaqının ilkin enerjidən istifadəni 20 faiz azaltması.
Afina Universitetinin Avropa Komissiyası üçün hazırladığı çıxış ssenarilərinə əsasən, Aİ enerji siyasətini reallaşdırarsa və ya 2020 - ci ilədək neftin qiymətləri təxminən $100/barel səviyyəsində qalarsa, planlaşdırılan infrastruktur layihələri idxala olan əlavə ehtiyacın ödənilməsi üçün xeyli dərəcədə kifayət edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]