Qazaxıstan, Astana, 10 noyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi mazut və neftə tətbiq edilən ixrac rüsumlarının azaldılması haqqında hökumətin qərar layihəsini təqdim edib, - Energetika Nazirliyinin rəhbəri Sauat Mınbayev bazar ertəsi Astanada bildirib. Bu barədə Trend -ın Astanadakı xüsusi müxbiri xəbər verir.
"Mazuta tətbiq edilən ixrac rüsumunu 130 dollardan 95
dollaradək, xam neftin ixracına tətbiq edilən rüsumun
isə 139 dollaradək azaldılması
planlaşdırılır", - bu gün hökumətin selektor
müşavirəsində çıxış edən Sauat
Mınbayev bildirib.
Əvvəllər məlumat verilirdi ki, cari ildə
Qazaxıstanda bir ton neftə görə gömrük
rüsumu 109,91 dollar, oktyabrdan isə 203,8 dollar təşkil
edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]