...

Azərbaycanın "Mərkəzi Azəri" yatağında neft hasilatı barpa olunur

Energetika Materials 22 Dekabr 2008 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir S.Əliyev/ BP şirkəti "Mərkəzi Azəri" yatağının mərkəzi hissəsində qaz tullantılarının aşkarlanması ilə bağlı dayandırılmış hasilatı bərpa edir. Bu barədə bazar ertəsi Azərbaycanın neft sənayesindəki mənbə bildirib.

Hazırda "Azəri - Çıraq - Günəşli" yataqları blokunun işlənməsi layihəsi üzrə operator BP yatağın mərkəzi hissəsində quyuların istisrama verilməsi üzrə iş aparır.

Bu gün "Azəri - Çıraq - Günəşli" yataqları blokunda neft hasilatı həcmi 650 min barel təşkil edir. Yataqdakı platformada iş dayandırılanadək bu rəqəm 900 min barel olub.

"Azəri" - "Çıraq" - "Günəşli" yataqları blokunun işlənməsi üzrə operator BP sentyabrın 17 - də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və personalı evokuasiya edib.Buna səbəb dənizin səthində qaz aşkar edilməsi olub. Təhlükəsizlik məqsədi ilə yatağın qərb hissəsində "Qərbi Azəri" platformasından da hasilat dayandırılıb. "Azəri" yatağının şərq hissəsində quraşdırılmış platformada hasilat davam edir.

"Azəri - Çıraq - Günəşli" yatağında Azeri Light növlü neft hasil edilir və bu neft Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə ixrac olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti