...

OPEK bu il dünya iqtisadiyyatının artım templəri proqnozlarını azaldıb

Energetika Materials 16 Yanvar 2009 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir A.Bədəlova/

OPEK - in proqnozlarına görə, 2009 - cu ildə dünya iqtisadiyyatının artım templəri 1,3 faiz təşkil edəcək ki, bu da kartelin əvvəlki ayda proqnozlaşdırdığından 0,2 faiz azdır.

OPEK- in neft bazarı üzrə yanvar məruzəsində deyildiyi kimi, proqnoz, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan əksər ölkələrinin dərin resessiya vəziyyətinə daxil olması, eləcə də inkişafda olan ölkələrdə işgüzar fəallığın kəskin enməsi nəticəsində azaldılıb.

OPEK-in proqnozlarına görə, 2009 - cu ildə İƏİT-də ÜDM-in mənfi artımı 1 faiz, ABŞ-da - 1,5 faiz, Yaponiya - 1,9 faiz, Avrozona - 0,9 faiz səviyyəsində müşahidə olunacaq. Cari ildə Çin və Hindistanda ÜDM-in artımı, müvafiq olaraq,  7 və 5,8 faiz təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti