...

Qazaxıstanda qaz bahalaşır

Energetika Materials 21 Yanvar 2009 21:25 (UTC +04:00)

Qazaxıstan, Astana, 21 yanvar/ Trend , müxbir K.Konırova/ Ukrayna və Rusiya arasında vəziyyəti nəzərə alaraq, Qazaxıstanda qazın qiyməti qaçılmaz olaraq bahalaşacaq, - ölkənin Baş naziri Kərim Məsimov çərşənbə günü Astanada bəyan edib.

"Bir müddət əvvəl Moskvadan qayıtmışamş. Burada Ukrayna və Rusiya arasında qaz mübahisəsinə dair görüşdə iştirak edirdim. İndi Kiyev qazı 20 faiz endirimlə, bir ildən sonra isə 10 faiz endirimlə Avropa qiymətinə alacaq. Bizə bu tendensiyanı nəzərə almaq lazımdır", - Energetika Nazirliyinin 2008-ci ilin yekunları üzrə kollegiyasında çıxış edən Məsimov bildirib.

Hökumət başçısı energetika nazirinə Rusiya 2011-ci ildə öz qazına görə Avropa qiymətlərinə keçdiyi halda, qaz tədarükləri üzrə tariflərə yenidən baxmağı tapşırıb.

"Bu qaçılmaz tendensiyadır. Buna görə də, bu dövrə yaxşı hazırlaşmağımız, hər şeyi diqqətlə hesablamağımız lazımdır. Baxmaq lazımdır üç-dörd ildən sonra bizdə necə tariflər olacaq. Və ya biz bu sahəyə büdcədən kömək ayırırıq. Lakin bunu həmişə etmək olmaz. Bu o deməkdir ki, biz başqa tariflərə keçməliyik", - Məsimov qeyd edib.

Onun sözlərinə görə, bu iş birinci rübdə başa çatdırılmalıdır.

"2011-ci il uzaqda deyil. Almatıda pərakəndə satışda qazın 1 min kubmetri 85 dollardır. Avropa qiymətlərini isə özünüz bilirsiniz", - ölkənin Baş naziri əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti