...

Türkiyə ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarından asılı olmayaraq "Nabukko"nu dəstəkləyəcək - Türkiyə hökümətinin nümayəndəsi

Energetika Materials 9 Fevral 2009 15:43 (UTC +04:00)
Türkiyə ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarından asılı olmayaraq "Nabukko"nu dəstəkləyəcək - Türkiyə hökümətinin nümayəndəsi

Azərbaycan, Bakı, 09 fevral / Trend /  "Türkiyə ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarından asılı olmayaraq Avropa qaz kəməri "Nabukko"nun tikinti layihəsini dəstəkləyəcək, - Türkiyə hökümətinin nümayəndəsi Selim Kuneralp bildirib", - RİA Novosti xəbər verir.

"Türkiyə daxilolma danışıqlarında uğur əldə edilməyəcəyi halda belə "Nabukko"nu dəstəkləyəcək", - "Kontakt" radiostansiyası layihədə iştirakın onun ölkəsi üçün də sərfəli olacağını qeyd edən türk məmurun sözlərini çatdırır.

15 ölkənin iştirak etdiyi "Nabukko" layihəsi Mərkəzi Asiya və Xəzər qazının Avropa ölkələrinə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən nəqlini nəzərdə tutur.

Əsas məsələlərindən biri qaz kəmərinin doldurulması təminatı olan "Nabukko" üzrə danışıqların artıq bir neçə il aparılmasıdır. Ekspertlər danışıq prosesinin fəallaşmasını rus-ukrayna "qaz münaqişəsi" ilə əlaqələndirir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin çəkilişinə 2011-ci ildə start veriləcək. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ilə təsadüf edəcək.    

Türkiyənin Aİ-yə daxil olması danışıqları 2006-cı ilin payızında başlanıb. Danışıq prosesi nəticəsində tərəflərin qanunvericiliyin 35 istiqamətində əməkdaşlıq və harmonizasiyaya nail olmaq haqda müqavilə imzalaması lazımdır.

Hələ ki, Türkiyə və Aİ cəmi 10 istiqamətdə danışıq aparır. Enerji sahəsindəki danışıqların startını əsasən adada Türk qoşunlarının olduğu müddətdə Ankaraya Avropa İttifaqına daxil olmağa imkan verməyəcəyini bəyan edən Kipr rəhbərliyi dayandırır.

Xəbər lenti

Xəbər lenti