...

Qazaxıstan Hindistan şirkətlərini ilk Qaz-Kimyəvi Kompleksin tikintisində iştirak etməyə dəvət edir

Energetika Materials 3 Mart 2009 19:11 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 mart / Trend , müxbir K.Arınova / Qazaxıstan Atırau vilayətində ilk Qaz-Kimyəvi Kompleksin tikintisində Hindistan şirkətinin iştirakı məsələsini müzakirə etmək niyyətindədir. Bu barədə Astanada bu gün Qazaxıstanın enerji və təbii ehtiyatlar naziri Sauat Mınbayev məlumat verib.  

"Bu təklif bir neçə iştirakçıya, eyni zamanda dövlət başçısının Hindistana səfəri çərçivəsində bu ölkəyə də edilib", - bu gün hökumətin növbəti iclasında çıxış edən Mınbayev bildirib.  

Nazirin sözlərinə görə, martın 4-də Hindistanın sənaye naziri Astanaya səfər edəcək və bu səfər çərçivəsində Hindistan şirkətlərinin bu layihədə iştirakı məsələsi təfərrüatlı şəkildə müzakirə ediləcək. 

İlk Qaz-Kimyəvi Kompleks layihəsini "Kazakhstan Petrochemical İndustries" şirkəti həyata keçirir. Onun səhmdarları "Hasilat kəşfiyyatı", "KazMunayQaz" və "Sat&Company" şirkətləridir.
Kompleksin layihə gücü ildə 800 min ton polietilen və 400 min ton polipropilen təşkil edir. Dəyəri 5,3 milyard dollar təşkil edən layihə 2013-cü ilə kimi tamalanmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti