...

SOCAR 2009-cu il üçün nəzərdə tutulmuş qaz layihəsi çərçivəsində yeni platformanın tikintisinə başlayıb

Energetika Materials 4 Mart 2009 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.İsmayılov / SOCAR-dakı mənbənin çərşənbə günü verdiyi məlumata əsasən, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Günəşli" dəniz neft yatağı üçün iki bloklu qaz-lift platformalardan birinin tikintisinə başlayıb.  

Neftin qaz-lift üsulu ilə çıxarılması, neftin təzyiqinin artması üçün qazın plastlara doldurulmasını özündə ifadə edir. Bu da neftin çıxarılmasının intensivləşməsinə səbəb olur.

"Blokun ayrı-ayrı hissələrinin montaj işlərinə start verilib. Tikinti işlərinin altı ay ərzində tamamlanması nəzərdə tutulur", - mənbə bildirib.  

Mənbənin verdiyi xəbərə görə, SOCAR-ın "Neftqaztikinti" tresti platformanın bloklarından birinin tikintisini çoxdan tamamlayıb. Güman ki, həmin blokda sadəcə təmir işləri aparılacaq.  

Yeni texnoloji platformanın hündürlüyü 92 metr təşkil edir. Bu platformada "28 may" neft-qaz çıxaran idarənin qaz-lift sistemi cəmləşəcək.  

Bu platforma SOCAR-ın 2009-cu il üçün qaz proqramı çərçivəsində istifadəyə verəcəyi ən iri obyektlərdən biridir.

"Günəşli" neft-qaz yatağı SOCAR-ın müstəqil işlətdiyi ən iri neft-qaz yatağıdır. SOCAR-ın əldə etdiyi neftin ümumi həcminin 60%-i, təbii qazın isə 70%-i "Günəşli"nin payına düşür. 

Məqalə myəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti