...

"Nabukko" layihəsinin reallaşdırılma perspektivləri əhəmiyyətli dərəcədə artıb – tanınmış amerikalı politoloq Zbiqnev Bjezinski

Energetika Materials 9 Mart 2009 11:19 (UTC +04:00)
"Nabukko" layihəsinin reallaşdırılma perspektivləri əhəmiyyətli dərəcədə artıb – tanınmış amerikalı politoloq Zbiqnev Bjezinski

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir Y.Ostapenko /

"Nabukko" qaz kəmərinin tikinti layihəsinin yaxın gələcəkdə reallaşdırılma perspektivləri əhəmiyyətli dərəcədə artıb. Bu barədə Trend -un Avropa redaksiyasına müsahibəsində Cons Hopkins Universitetinin professoru, ABŞ prezidenti Cimmi Karter administarsiyasında milli təhlükəsizlik üzrə keçmiş müşavir, tanınmış amerikalı politoloq Zbiqnev Bjezinski bildirib.

"Bakı-Tbilisi-Ceyhan neft kəməri reallaşdırılanadək çoxları deyirdi ki, bunun üçün neft və maliyyə, siyasi dəstək çatmayacaq. Lakin boru kəməri Avropa üçün enerji mənbələrinin geniş şaxələndirilməsi üzrə daha böyük razılaşmaların olduqca mühüm tərkib hissəsi oldu", - deyə Bjezinski bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Layihənin iştirakçıları Avstriyanin OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin 30 faizi iştirak payı əsasında Nabucco Gas Pipeline International səhmdarları tərəfindən, qalan 70 faiz isə kreditlər hesabına yatırılacaq.

Bjezinski bildirib ki, Avropada "Nabukko" layihəsinə maraq artır. Onun sözlərinə görə, bu yaxınlaradək adı çəkilən layihəyə şübhə ilə və ya etinasız yanaşan hökumətlər son vaxtlar onun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maraq göstəriblər.

"Avropa İttifaqının da "Nabukko" layihəsinin irəliləməsi üçün böyük siyasi iradəsi var", - deyə Bjezinski bildirib.  

Lakin onun sözlərinə görə, Rusiya əvvəlki kimi yenə də Avropaya neft və qazın əsas tədarükçüsü olacaq.

"Aydındır ki, "Nabukko" layihəsi Şərq-Qərb münasibətləri kontekstində Qərbi Avropaya Rusiya neft və qaz ixracının əhəmiyyətini kölgə altına qoymur. Lakin şaxələndirmə hamı üçün daha yüksək səviyyədə təhlükəsizlik təklif edir, həmçinin tədarük stabilliyi ilə bağlı gözlənilməz problemlər yarandığı zaman gənginliyin yaranması hallarını istisna edir", - deyə Bjezinski vurğulayıb.

Bjezinskinin sözlərinə görə, bu yaxınlarda Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tədarükünün dayandırılması Avropa ölkələrini, tədarüklərin şaxələndirilməsinin faktiki olaraq hər birinin təhlükəsizlik maraqlarını gücləndirdiyini dərk etməyə vadar etdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı -   [email protected]

Xəbər lenti

Xəbər lenti