Azərbaycan, Bakı, 02 iyun / Trend , müx. A.Bədəlova /
Azərbaycan regionda energetika üzrə güclü liderə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz töhfəsini verə bilər, ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çərşənbə axşamı 16-cı beynəlxalq Xəzər neft və qaz, neft emalı, neft-kimya sərgisinin açılış mərasimində bildirib.
"Bugünkü hadisə (neft-qaz sərgisi) regionun böyük potensialından xəbər verir", - Morninqstar bildirib.
"ABŞ Azərbaycanı energetika sahəsində vacib tərəfdaş kimi tanıyır", - o əlavə edib.
Bu gün öz işinə başlayan beynəlxalq sərgiyə dəstəyi Azərbaycanın Energetika və Sənaye Nazirliyi və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) göstərir. Azərbaycanda keçirilən sərgiyə beynəlxalq şirkətləri cəlb edən ITE Group PLC - Iteca Caspian LLC (Azərbaycan), ITE LLC Moscow (Rusiya), EUF (Türkiyə), GIMA (Almaniya), ITE China (Çin), ITE Gulf (BƏƏ) kimi tərəfdaş şirkətlər layihə üzərində görülən işlərə cəlb edilib.
Bu il yeni şirkətlər sərgini ümumi sahəsinin 20 faizini əhatə edəcək. Sərginin sahəsinin 40 faizindən çoxu BP, Itochu, OMV, Gas International GMBH, SOCAR, StatoilHydro ASA, TOTAL, TRAO kimi məşhur şirkətlər tərəfindən tutulub.
İyunun 3-dən etibarən 16-cı Beynəlxalq neft-qaz konfransı öz işinə başlayacaq və iyunun 4-nə kimi davam edəcək. Orada 23 ölkədən 450 nümayəndə heyəti iştirak edəcək. Konfrans məruzəçiləri arasında Azərbaycan, Türkiyə, İran və Qazaxıstanın müvafiq sahə nazirləri, o cümlədən ABŞ, Rusiya, Almaniya, İngiltərənin nazirlik və dövlət strukturlarının nümayəndələri olacaq.