...

Azərbaycan neftinin qiyməti: 22-26 iyun həftəsinin yekunları

Energetika Materials 29 İyun 2009 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir А.Bədəlova / 

22-26 iyun həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $68,3/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,47/barr azdır.

22-26 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $69,24/barr, minimal qiyməti isə $66,89/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

22-26 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $66,22/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,99/barr azdır.

22-26 iyun həftəsində URALS neftinin maksimal qiyməti $67,24/barr, minimal qiymət isə $64,54/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

22-26 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $67,52/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,17/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $68,34/barr, minimal qiymət isə $66,23/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti