...

Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası haqqında sərəncam verib

Energetika Materials 30 İyun 2009 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası haqqında sərəncam verib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası gəlirlər 11 864 648,1 min manat, xərclər 4 291 751,4 min manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2008-ci il büdcəsində nəzərdə tutulana müvafiq olaraq 17% artıq gəlirlə və büdcə xərcləri üzrə 2 % kəsirlə təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti