...

Gürcüstanın neft-qaz korporasiyası qaz satışı üzrə hərrac elan edib

Energetika Materials 14 Avqust 2009 17:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstanın neft-qaz korporasiyası qaz satışı üzrə hərrac elan edib", - korporasiyadan məlumat verilib.

Hərracda iştirak üçün bütün maraqlı şəxslər və potensial alıcılar dəvət edilib. Onlara "Ninosminda" yatağında əldə edilən bir milyon kubmetr həcmində təbii qaz təklif olunur.

Qaz tədarükü alqı-satqı haqqında müqavilənin rəsmiləşdirilməsindən 90 gün sonra həyata keçiriləcək (bu müddət tərəflərin razılığı ilə uzadıla da bilər).

Hərrac korporasiya tərəfindən təklif edilən min kubmetr üçün 230 dollar start qiyməti ilə keçiriləcək. Ən yüksək məbləği təklif edən şəxs qalib elan olunacaq.

Hərracda iştirak üçün ərizələr 20 avqust, saat 17:00-a qədər təqdim olunmalıdır.

Hərrac 21 avqust, saat 16:00-da keçiriləcək.

"Ninosminda" yatağından əldə edilən qazın satışı ilə bağlı ilk hərracı korporasiya mayda keçirmişdi. Orada min kubmetr üçün 265 dollar təklif edən "İTERA-Qruziya" şirkəti qalib gəlmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti