...

Yüksək qiymətlər qayıdacaq: ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinin rəhbəri ilə MÜSAHİBƏ

Energetika Materials 2 Oktyabr 2009 19:06 (UTC +04:00)
Ötən il başlayan qlobal maliyyə böhranı enerji bazarına əhəmiyyətli dərəcədə təsir edib. Böhranın nəticələrindən biri dünyanın neftə olan tələbatının əhəmiyyətli dərəcədə azalması oldu ki, bu da öz növbəsində 2008-ci ilin iyul ayında bir barel üçün rekord səviyyə - 147 dollar səviyyəsindən aşağı düşən qiymətlərdə özünü biruzə verdi. Dünyanın neftə olan tələbatı 2009-cu ilin ikinci rübündə 2008-ci ilin həmin dövrü ilə müqayisədə sutkada üç milyon barel azaldı.
Yüksək qiymətlər qayıdacaq: ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinin rəhbəri ilə MÜSAHİBƏ

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir A.Bədəlova/

Ötən il başlayan qlobal maliyyə böhranı enerji bazarına əhəmiyyətli dərəcədə təsir edib. Böhranın nəticələrindən biri dünyanın neftə olan tələbatının əhəmiyyətli dərəcədə azalması oldu ki, bu da öz növbəsində 2008-ci ilin iyul ayında bir barel üçün rekord səviyyə - 147 dollar səviyyəsindən aşağı düşən qiymətlərdə özünü biruzə verdi. Dünyanın neftə olan tələbatı 2009-cu ilin ikinci rübündə 2008-ci ilin həmin dövrü ilə müqayisədə sutkada üç milyon barel azaldı.

ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinin (EIA) proqnozlarına əsasən, dünya iqtisadiyyatının ilin sonunda başlayacaq bərpasından sonra neftin qiymətləri artmağa başlayaraq 2015-ci ildə bir barel üçün 99 dollara çatacaq.

Bu və digər məsələlər barədə ətraflı Trend a EIA-nın rəhbəri Riçard Nyuvel danışıb:

- Qərb ekspertləri hesab edir ki, qlobal böhran 2010-cı ilədək davam edəcək. Bunun fonunda sizin neftin qiymətləri üzrə nə kimi ümidləriniz var? Qiymətlər bir barel üçün 100 dollardan yüksək səviyyəyə qayıda bilərmi, yoxsa bu artıq hətta uzunmüddətli perspektivdə belə mümkün görünmür?

- Dünya iqtisadi böhranının sona yetməsi barədə ictimai fikrə baxmayaraq, iqtisadi bərpa müddəti hələ də qeyri-müəyyən olaraq qalır. Bizim cari makroiqtisadi göstəricilərimizə görə, dünya iqtisadiyyatı bu ilin sonunadək əsasən İƏİT-ə daxil olan Asiya ölkələri hesabına bərpa olunmağa başlayacaq. Bu rübdə neftə olan tələbatın artımını gözləyirik, bu, son beş rüb ərzində birinci dəfə olacaq. Amerikanın WTI yüngül neftinin qimyəti cari rübdə bir barel üçün 70 dollar təşkil edir, 2010-cu ilin dördüncü rübündə qiymət 74 dollaradək artacaq. Lakin neft qiymətlərində hələ də qeyri-müəyyənlik saxlanılmaqdadır.

Uzunmüddətli proqnozlarımıza əsasən, iqtisadi bərpanın ardınca bir çox ölkələrdə enerji daşıyıcılarına olan tələbat ressesiyadan öncə gözlənilən səviyyəyə kimi artacaq. Dünya iqtisadiyyatının bərpası ilə neftin qiymətlərinin yüksək səviyyəyə kimi artması və 2030-cu ilədək bu səviyyədə saxlanması güman edilir. Proqnozlarımıza görə, 2015-ci ildə dünyanın neftə olan qiymətləri bir barel üçün 99 dollaradək və 2030-cu ildə bir barel üçün 131 dollaradək artacaq.

- Hazırda OPEK-in neft hasilatı normalarının dəyişildirilməsinə ehtiyac varmı?

- Nə qədər ki, neftin qiymətləri cari səviyyədə saxlanılır, biz OPEK-in neft hasilatı normalarını dəyişdirəcəyini gözləmirik.

- Xəzər regionunun, xüsusilə də Azərbaycanın dünyada yüngül neftə olan tələbatın təmin edilməsində rolunu necə qiymətləndirirsiniz?

- Biz Xəzərdə neft hasilatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırırıq. Qısamüddətli perspektivdə Azərbaycan və Qazaxıstan tərəfindən neft hasilatının 2008-ci ildən 2010-cu ilədək artmasını görürük. Uzunmüddətli perspektivdə də regionda neft hasilatı 2007-ci ildən 2030-cu ilədək 70 faizdən çox artacaq. 2030-cu ildə Xəzər neftinin xüsusi çəkisi 2030-cu ilədək ümumdünya hasilatının beş faizini təşkil edəcək.

- Siz hazırkı mərhələdə alternativ enerji mənbələrinin istifadəsi və inkişafını rasional hesab edirsinizmi və onların payı dünyanın enerji balansında nə dərəcədə arta bilər?

- Neftdən asılılıq və parnik qazlarının buraxılmasının ekoloji nəticələri məsələləri üzrə müzakirələr alternativ mədən yanacağının inkişafına maraq oyatdı. Bu, karbon qazının antropogen tullantılarının mədən yanacağının yandırılması nəticəsində əmələ gəlməsi ilə əlaqədardır. Enerji daşıyıcılarının istifadəsi iqlim dəyişiklikləri üzrə müzakirələrin mərkəzində qalmaqda davam edir.

Qlobal iqlim dəyişikliyi məsələlərinin dünyanın enerji strukturuna təsir etməyə başlaması üzrə bəzi əlamətlər var. Son illər ölkələr karbon buraxmayan bərpa edilə bilən enerji mənbələrinin, parnik qazlarının tullantılarının artımını almaq məqsədi ilə atom enerjisinin istifadəsinin genişləndirilməsinə maraq göstərməyə başlayıblar. Hökumətin parnik qazlarının tullantıları ilə mübarizə üzrə siyasəti hazırlanan və həyata keçirilən kimi dünyanın enerji mənbələrinin gələcək strukturunun müəyyənləşdirilməsində böyük rol oynayacaq. Bununla yanaşı, bu cür siyasət inkişaf edəcək. Digər qeyri-müəyyən sayılan məsələlər isə müddət, dəyər və karbonsuz texnologiyaların ictimai qəbuludur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti