Azərbaycan, Bakı, 07 oktyabr / Trend /
ARDNŞ-dən verilən məlumata görə, yanvar-sentyabr aylarında Azərbaycanda 184,1 min ton neft bitumu istehsal edilib. 2008-ci ilin analoji dövründə bu göstərici 152 min tona yaxın idi.
Sentyabrda ARDNŞ-də 24 min ton neft bitumu istehsal edilib.
Ümumilikdə, 2008-ci ildə Azərbaycanda 220,37 min ton neft bitumu istehsal edilib. 2007-ci ildə isə bu göstərici 182,86 min ton təşkil edib.
2006-cı ildə ARDNŞ-də neft bitumu istehsalının həcmi 161,94 min ton təşkil edib.