...

Qazaxıstanda neftlə dolu 6 sistern relsdən çıxıb

Energetika Materials 26 Oktyabr 2009 20:31 (UTC +04:00)
Neftlə dolu 6 sistern və 2 boş sistern Qazaxıstanın Atırau vilayətindəki "Makat" stansiyasında relsdən çıxıb. Bu barədə "Kazaxıstan temir jolı" MŞ SC-nin mətbuat xidmətindən Trend Capital-a məlumat verilib.
Qazaxıstanda neftlə dolu 6 sistern relsdən çıxıb

Qazaxıstan, Astana, 26 oktyabr / Trend , müxbir K.Konırova/

Neftlə dolu 6 sistern və 2 boş sistern Qazaxıstanın Atırau vilayətindəki "Makat" stansiyasında relsdən çıxıb. Bu barədə "Kazaxıstan temir jolı" MŞ SC-nin mətbuat xidmətindən Trend -a məlumat verilib.

"Fövqəladə hadisə oktyabrın 26-da səhər saat 04.00 radələrində baş verib. Dağılan neft yanıb", - məlumatda deyilir.

Milli şirkətin məlumatına görə, dörd saat yarımdan sonra alov söndürülüb, qatarların hərəkəti isə səhər saat 09:45-də tam bərpa olunub. Ölən və yaralananlar haqqında məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti