...

İtaliya Türkmənistan qazı ilə Asiyaya can atır

Energetika Materials 31 Oktyabr 2009 14:00 (UTC +04:00)
İtaliyanın aparıcı neft-qaz şirkəti olan Eni Türkmənistan qazının Pakistan və Hindistana nəqlinə kömək göstərmək təklifi ilə çıxıç edib. Türkmənistan hökumətindən olan mənbənin Reuters-ə dediyinə görə, şirkətin Orta Asiyanın bu ölkəsindən Pakistan və Hindistana qaz nəqli edən inftastuktur yaratmaq planı var. Şirkət, həmçinin Türkmənistan karbohidrogenlərinin işlənməsində öz köməyini təklif edir.
İtaliya Türkmənistan qazı ilə Asiyaya can atır

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir A.Bədəlova/

İtaliyanın aparıcı neft-qaz şirkəti olan Eni Türkmənistan qazının Pakistan və Hindistana nəqlinə kömək göstərmək təklifi ilə çıxıç edib. Türkmənistan hökumətindən olan mənbənin Reuters-ə dediyinə görə, şirkətin Orta Asiyanın bu ölkəsindən Pakistan və Hindistana qaz nəqli edən inftastuktur yaratmaq planı var. Şirkət, həmçinin Türkmənistan karbohidrogenlərinin işlənməsində öz köməyini təklif edir.

Türkmənistan və İtaliya son zamanlar daha sıx əməkdaşlıq etməyə başlayıblar. Bu əməkdaşlıq enerji sahəsində daha çox özünü biruzə verir. Eni şirkətinin idarə heyətinin sədri Paolo Skaroni Türkmənistan Prezidenti ilə bu həftə keçirilən görüşü zamanı deyib ki, şirkət birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır. Skaroni həmçinin Türkmənistan bazarının perspektivliyini də vurğulayıb.

Eni şirkəti 2008-ci ildən Türkmənistanda fəaliyyət göstərir. Həmin vaxt şirkət Britaniyanın Burren Energy şirkətinin səhmlərə nəzarət paketini alaraq, Türkmənistanın qərbində yerləşən Nebit-Daq sahəsində "Burun" layihə ərazisinin işlənməsində iştirak etmək imkanı əldə edib. Burada sutkalıq orta neft hasilatı 12 min barelə yaxındır (ildə təxminən 600 min ton).

Türkmənistan qaz ehtiyatına görə, dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. BP-nin məlumatına görə, Türkmənistandakı təsdiqlənmiş qaz ehtiyyatı 2009-cu ilin əvvəllərində 7,94 trilyon kubmetr təşkil edib. Bu da ümumdünya ehtiyyatının 4,3 faizni təşkil edir.BP-nin məlumatına görə, 2008-ci ildə ölkədəki haz hasilatı 66,1 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 0,7 faiz çoxdur.

Türkmənistan böyük "Cənubi İolatan-Osman" qaz yatağına malikdir. Bu yatağın ehtiyatıarı 4 trilyondan 14 trilyon kubmetrədək qiymətləndirilir.

Türkmənistan hazırda öz qazı üçün ixrac marşrutlarının kifayət qədər geniş seçiminə malikdir. Bu ilin aprel ayında Orta Asiya-Mərkəz qaz kəmərində baş verən partlayış nəticəsində Rusiya Türkmənistandan qazı almağı dayandırmışdı. Bundan sonra Türkmnənistan tədarük marşrutlarının diversifikasiyası siyasətinə daha çox diqqət yetirməyə başlayıb. İlin sonunda Türkmənistandan İrana və Çinə yeni boru kəmərlərinin açılması gözlənilir. Bundan əlavə, ölkə hazırda Xəzər regionundan Yaxın Şərq və Aİ ölkələrinə qaz ixracını nəzərdə tutan "Nabukko" layihəsi üçün qaz tədarük edən ölkələrdən biri kimi nəzərdə tutulur.

Türkmənistan qazının Pakistan və Hindistana nəqli TƏPH (Türkmənista, Əfqanıstan, Pakistan, Hindistan) qaz kəməri layihəsinin realizəsi halında birbaşa həyata keçirilə bilər. Əfqanıstanda davam edən hərbi hərəkatlar sözügedən layihənin həyata keçirilməsinə mane olur.

Eni şirkətinin rəhbəri Paolo Skaroni keçən ay şirkətin Türkmənistan, Qazaxıstan və İrandan Pakistan, Hindistan və Çinə qaz nəql etmək arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, Xəzər dənizindən Hindistan və Pakistana, sonra isə Çinədək yeni qaz kəmərinin yaradılması məntiqli təklif olardı.

Skaroninin sözlərinə görə, Eni şirkətinin bütün maraqlı ölkələrdə fəaliyyət göstərməsi ilə əlaqədar olaraq, şirkət uzunmüddətli xarakter daşıyan bu layihənin həyata keçirilməsində "yeganə namizəddir".

Asiya bazarları, xüsusilə də, Çin və Hindistan bazarları bu gün kifəyət qədər cəlbedicidir. Dünyada baş verən iqtisadi böhran şəraitində bu iki ölkənin iqtisadiyatı güclü müsbət artım göstərir. Bu da ölkələrə Türkmənistan qazına görə təklif edilən qiyməti qəbul etməyə imkan verir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu ilin yekunlarına görə, ÜDM-in artımı Çində 8,5%, Hindistanda 5,4% təşkil edəcək. Pronozlara görə, 2010-cu ildə ÜDM Çində 9%, Hindistanda isə 6,4% artacaq.

Çində və Hindistanda iqtisadiyyatın sürətli artımı ilə yanaşı qaza olan tələbatın da artımı müşahidə edilir. BP-nin məlumatına görə, 2008-ci ildə Çində qaza tələbat 80,7 miyard kubmetr qaz təşkil edib. Bu da 2007-ci ilə olan göstəricidən 15,8 faiz artıqdır. 2008-ci ildə Çində qaza olan tələbat dünyanın qaza olan tələbatının 2,7 faizni təşkil edib.

BP-nin məlumatına görə, Çində təsdiqlənmiş qaz ehtiyatı 2009-cu ildə 2,46 trilyon kubmetr təşkil edib. Ötən il ölkədə qaz hasilatı 76,1 milyard kubmetr təşkil edib. Bu rəqəm 2007-ci ilə olan hasilat həcmindən 9,6 faiz artıqdır.

Bəzi prqnozlara görə, ölkənin qaza olan tələbatı iqtisadiyyatın artımı və sənayenin inkişafı nəticəsində 2010-cu ildə 150 milyard kubmetrə, 2020-ci ildə isə 280 milyard kubmetrədək artacaq.

Hindistanda qaza olan tələbat 2008-ci ildə 3 faiz artaraq 41,4 milyon kumbmetrədək çatıb. BP-nin məlumatına görə, bu ölkənin qaz ehtiyatı 2009-cu ilin əvvəlində 1,09 trilyon kubmetr təşkil edib. Keçən il Hindistanın qaza olan tələbatı dünya tələbatının 1,4 faizini təşkil edib. 2008-ci ildə ölkədə qaz hasilatı 30,6 milyard kubmetr təşkil edib.

BP-nin məlumatına görə, Pakistanda qaza olan tələbat 2008-ci ildə 37,5 milyard kubmetr təşkil edib. Bu da 2007-ci ildəki tələbatdan 2,6 faiz artıqdır. Ölkədə təsdiqlənmiş qaz ehtiyatları 2009-cu ildə 0,85 trilyon kubmetr olub.

BP-nin məluamtıəna görə, keçən il ölkədə qaz hasilatı 2,6 faiz artaraq 37,5 milyard kubmetr təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti