...

Sumqayıtda qaz istehlakı üzrə ödəmələr artıb

Energetika Materials 12 Noyabr 2009 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr / Trend /

Sumqayıtda əhalinin imtiyazsız qrupu arasında oktyabr ayında qaz istehlakı üzrə yığımlar təxminən 278 min manat təşkil edib ki, bu da planlaşdırılan göstəricidən 29,5 faiz çoxdur. Bu barədə şəhər İcra Hakimiyyətinin cümə axşamı yayılan məlumatında deyilir. Bu məbləğ əhalinin imtiyazsız qrupu tərəfindən 3,8 milyon kubmetr həcmində qaz istehlakına görə ödənilib.

Hazırda əhalinin imtiyazsız qrupundan olan abunəçilərin sayı 64180 nəfər təşkil edir. Şəhər üzrə 60230 ədəd qaz sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti