...

Azərbaycanda yanacağın qiymətinin qaldırılmasına dair müraciət olmayıb - nazir

Energetika Materials 12 Dekabr 2009 13:26 (UTC +04:00)
Azərbaycanın Sənaye və Energetika Nazirliyi tərəfindən ölkənin daxili bazarında yanacağın qiymətinin qaldırılmasına dair Tarif Şurasına heç bir müraciət daxil olmayıb. Bu barədə şənbə günü sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.
Azərbaycanda yanacağın qiymətinin qaldırılmasına dair müraciət olmayıb - nazir

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın Sənaye və Energetika Nazirliyi tərəfindən ölkənin daxili bazarında yanacağın qiymətinin qaldırılmasına dair Tarif Şurasına heç bir müraciət daxil olmayıb. Bu barədə şənbə günü sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir. Ölkənin Nazirlər Kabinetinin qərarı ilə 2007-ci il yanvarın 6-dan yanvarın 8-dək ölkədə yanacağa yeni qiymətlər təyin olunub. Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, L-62 markalı 1 litr dizel yanacağının qiyməti 0,45 manat, AI-80 avtomobil benzini 0,55 manat, AI-92 benzini 0,55 manat, AI-95 markası isə 0,60 manat səviyyəsində təyin olunub.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin əvvəllər verdiyi məlumatda deyilir ki, yanvar-noyabr aylarında şirkət tərəfindən Azərbaycanın daxili bazarında 539,4 min ton neft məhsulu reallaşdırılıb. "Noyabrda bu göstərici 51,3 min tondan artıq təşkil edib", - məlumatda deyilir.

Həmçinin yanvar-noyabr aylarında daxili bazarda təxminən 177,7 min ton avtomobil benzini və 328,3 mindən çox dizel yanacağı reallaşdırılıb.

Azərbaycanda neft məhsulları ümümi gücü 20 milyon ton olan iki Bakı NEZ-in bazasında istehsal olunur. NEZ-lər öz vəsaitləri hesabına quru və dəniz yataqlarında hər il təxminən 6 milyon ton neft hasil edən ARDNŞ-nin tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti