...

Gürcüstana nəql edilən Azərbaycan qazının həcmi azalıb

Energetika Materials 15 Yanvar 2010 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir E.İsmayılov/

Hazırda ARDNŞ Gürcüstana sutkada 2 milyon kubmetr qaz ixrac edir. Yanvarın 13-nə olan məlumata görə, bu göstərici 2,3 milyon kubmetr təşkil edib. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə bildirib.

"Gürcüstana qaz ixracı davam edir və hazırda bu göstərici 2 milyon kubmetrə yaxın qaz təşkil edir", - mənbə deyib.

ARDNŞ Gürcüstana qaz tədarükünü Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu boru kəməri vasitəsilə vurulan qazın gücü ildə 3 milyard kubmetrə yaxın təşkil edir.

2008-ci il noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-nin 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memoranduma əsasən, ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəni yaradıb.

Həmçinin 2008-cil il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi haqqında müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şida və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.

Xəbər lenti

Xəbər lenti