...

ARDNŞ şəxsi qaz anbarlarından birgə istifadə etməyi planlaşdırmır

Energetika Materials 12 Fevral 2010 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarındakı sərbəst qaz həcmini üçüncü tərəfə təqdim etmək niyyətində deyil. ARDNŞ-in Azəriqaz istehsalat birliyinin direktorunun birinci müavini Nazim Səmədzadə cümə günü deyib.

Azərbaycan hazırda iki yeraltı qaz anbarına sahibdir. Qaradağ və Kalmaz qaz anbarları. Hazırda ARDNŞ Qaradağ qaz anbarının genişləndirilməsi üzrə işlər görür. Şirkət tərəfindən genişləndirilmək məqsədilə Kalmaz qaz anbarında 3 ölçülü geofiziki tədqiqatlar aparılır.

"Dövlət Neft Şirkəti özü bu anbarları istsmar edir. Hələlik onun birgə istifadəsi barədə planlar yoxdur", - Səmədzadə deyib.

Səmədzadənin sözlərinə görə, hazırda yeraltı qaz anbarları onun istismarı ilə də məşğul olan Azneft İB-nin balansındadır. Əvvəllər hər iki qaz anbarı Azəriqaz İB-nin balansında olub.

Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq əhalinin qaza olan tələbatını ödəmək məqsədilə ARDNŞ qaz anbarlarından sutkada 14 milyon kubmetrə yaxın qaz götürür. Səmədzadənin sözlərinə görə, bu göstəricinin analoqu yoxdur. Belə ki, ötən illərdə qaz anbarlarından sutkada 9-10 milyon kubmetrə yaxın qaz götürülürdü."Bu təbii qaza olan çatışmazlığı aradan qaldırmağa imkan verir", - o deyib.

2009-cu ildə Azərbaycanın yeraltı qaz anbarlarına 1,95 milyard kubmetrə yaxın qaz doldurulub. 2008-ci ildə bu göstərici 1,4 milyard kubmetr təşkil edib.

Qaz doldurulması qrafikinə əsasən, Kalmaz qaz anbarına 1,16 milyard kubmetrə yaxın qaz doldurulub. Hazırda genişləndirmə işləri aparılan Qaradağ qaz anbarına isə 795,3 milyon kubmetrdən artıq qaz vurulub (keçən ilin göstəricisindən 235,5 milyon kubmetr çox).

Qaz anbarlarının aktiv gücünün artırılması Azərbaycanın daxili bazarının qaz təminatını artırmağa və ölkənin ixrac imkanlarını xeyli genişləndirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti