Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.İsmayılov/
Yanvarda Rusiyanın Novorossiysk Qara dəniz limanı 3,76 milyon tona yaxın neft daşıyıb. 2009-ci ilin yanvarında bu göstərici 4,03 milyon ton təşkil edib. Bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
"Novorossiysk Dəniz Ticarət Limanı" ASC yanvarda 1,3 milyon tona yaxın neft məhsulları daşıyıb. Ötən ilin analoji dövründə bu göstərici təxminən 1,2 milyon ton təşkil edib.
Ümumilikdə, ötən ay liman tərəfindən təxminən 7,2 milyon tondan çox müxtəlif yüklər daşınıb. Ötən ilin analoji dövründə bu göstərici 7,04 milyon ton təşkil edib.
ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir. ARDNŞ 2009-cu ildə "Bakı-Novorossiysk" boru kəməri ilə 2,5 milyon tona yaxın neft ötürüb. 2008-ci ildə bu göstərici 1,2 milyon ton təşkil edib.
2010-cu ildə bu istiqamətdə ötürülən neftin həcmində azalma olacağı proqnozlaşdırılır. Proqnozlara əsasən, bu il "Bakı-Novorossiysk" boru kəməri ilə 1,8 milyon tona yaxın Azərbaycan nefti ötürüləcək.
Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:
Yanvar, 2009-cu il |
Yanvar, 2008-ci il |
Fərq |
||
min ton |
min ton |
% |
||
Ümumi yük dövriyyəsi |
7 190,2 |
7 043,6 |
146,6 |
2,1 |
Maye yüklər (cəmi) |
5 107,0 |
5 244,7 |
-137,7 |
-2,6 |
Xam neft |
3 766,1 |
4 032,6 |
-266,7 |
-6,6 |
Neft məhsulları |
1 276,6 |
1 188,7 |
87,9 |
7,4 |