...

ARDNŞ yanvar-mart aylarında 30 min metrdən çox qazma işləri həyata keçirib

Energetika Materials 8 Aprel 2010 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ARDNŞ 2009-cu ilin yanvar-mart aylarındakı 47 742 metrə nsibətdə bu ilin yanvar-mart aylarında 34 601 metr həcmində qazma işləri həyata keçirib. Bu barədə neft şirkətinin məlumatında deyilir.

Məlumata əsasən, birinci rübdə qazma işlərinin 33 506 metri istismar qazmalarının, digər 1 095 metr isə kəşfiyyat quyularının payına düşüb (həmçinin 230 metr kəşfiyyat qazmalarının payına düşüb).

ARDNŞ ötən ilin martındakı 16 004 metrə nisbətdə bu ilin martında 11 248 metr həcmində qazma işləri həyata keçirib.

ARDNŞ 2008-ci ildəki 203 min metrə nisbətdə 2009-cu ildə 168,2 min metr qazma işləri həyata keçirib. 2007-ci ildə bu göstərici 190 376 metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti