...

İki türk şirkəti Acariyada hidroelektrik stansiya tikmək təklifini irəli sürüb

Energetika Materials 18 May 2010 12:31 (UTC +04:00)

Gürcüstan,Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/

Acariyada Açarisçkali HES-in tikintisi üçün ərizənin verilməsi prosesi başa çatıb. Gürcüstanın Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iki türk şirkəti Açarisçkali çayında üç hidroelektrik stansiyanın tikintisinə maraq göstərib.

Bunlar "Kura Energym" və "Optimum Energy Uretim A.S." şirkətləridir. Bu şirkətlərin nümayəndələri artıq Gürcüstanın Energetika Nazirliyinə ərizə təqdim ediblər.

Nazirlikdən verilən məlumatda bildirilir  ki, təqdim olunmuş ərizələrə baxılacaq və onların tələbləri təsdiq edilərsə, bank zəmanəti qadağan olunacaq.

Tenderin qalibini müəyyən etmək qərarını Gürcüstan hökuməti verəcək.

Xəbər lenti

Xəbər lenti