...

"Azərikimya" İB-nin müəssisələrində başlanmış əsaslı təmirlə bağlı texniki-təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir

Energetika Materials 15 İyul 2010 17:50 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində texnoloji qurğu və ava­danlıqların əsaslı təmirindən sonra onların təhlükəsiz istis­marını, ahəngdar işini, yüksək məhsuldarlığını, təhlü­kəsizlik texnikası və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bu günlərdə səmərəli tədbirlər həyata keçirilir.
"Azərikimya" İB-nin müəssisələrində başlanmış əsaslı təmirlə bağlı texniki-təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir

Azərbaycan, Bakı, 15 iyul /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində texnoloji qurğu və ava­danlıqların əsaslı təmirindən sonra onların təhlükəsiz istis­marını, ahəngdar işini, yüksək məhsuldarlığını, təhlü­kəsizlik texnikası və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bu günlərdə səmərəli tədbirlər həyata keçirilir. Bu barədə İB-nin məlumatında deyilir.

Müəssisələrdə texniki-təhlükəsizlik tədbir­lərini güc­lən­dirmək məqsədilə Birlik rəhbərliyinin sərəncamı ilə hər bir istehsalata, hər bir sexə cavabdeh olan mühəndis və texniki işçi ay­rılıb. Təmirə cəlb olunmuş 60-dan artıq briqadanın bütün işçiləri təhlükəsizlik texnikası qaydaları üzrə təlimat­landırılıb, təmir işlərinə yalnız tam hazır olduqdan və bütün təhlü­kə­sizlik tədbirləri yerinə yetirildikdən sonra başlanılıb.

ARDNŞ-nin strukturuna daxil edildikdən sonra əməkçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatında böyük dönüş yaradılıb. Qısa müddət ərzində mindən artıq qoruyucu dəbilqə, 2300 dəst fəhlə geyimi, 1000 cüt ayaqqabı, həmçinin qaynaq­çılar üçün xüsusi geyim dəstləri və rezin çəkmələr alınaraq paylanılıb. Yüksəklikdə işləyən fəhlələr qoruyucu kəmər və digər mühafizə vasitələri ilə təmin olunub, onların hər biri tibbi və psixoloji müayinədən keçirilib.

Məhz görülmüş səmərəli tədbirlərin nəticəsidir ki, artıq Etilen-polietilen zavodunda köhnəlmiş və istifadəyə ya­rarsız avadanlıqların yeniləri ilə əvəz olunması sahəsində işlər uğurla aparılır. Xüsusi təhlükəsizliyi təmin etmək üçün boru xətlərinin, arakəsmələrin təcrid olunmasına başlanılıb, aşınmaya uğramış xid­mət meydan­çaları və pilləkənlər təmir edilib.

Gələcəkdə atmosferə və dövri su sisteminə karbohidrogen qaz­larının və zərərli maddələrin düşməməsi üçün 15 ədəd istilikdəyiş­diricisinin ye­niləri ilə əvəz olunması, digərlərinin isə əsaslı təmiri nəzərdə tutulub. Təmir işləri zamanı ortaya çıxan tullantıların təmir zona­sından daşın­ması Birliyin Nəqliyyat və xüsusi texnika idarəsi tərəfin­dən operativ olaraq həyata keçirilir.

120 m hündürlüyündə olan məşəl qurğusunun əsaslı təmirindən və başlığının dəyişdirilməsindən sonra tullantı qazların tüstüsüz yanması təmin ediləcək, beləliklə də sənaye zonasının və bütövlükdə Sumqayıt şəhərinin ekoloji durumu xeyli yaxşılaşacaq.

Xəbər lenti

Xəbər lenti