...

ARDNŞ Türkiyədəki nümayəndəliyi üçün yeni bina açır

Energetika Materials 24 Avqust 2010 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir E.İsmayılov/

Sentyabrın sonunda ARDNŞ Türkiyədəki nümayəndəliyini İstanbulda tikilmiş şəxsi binasına köçürəcək. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbə bildirib.

Onun sözlərinə görə, şirkətin işçilərinin yerləşdirilməsi üçün yer hələ ki icarə edilir, sentyabrın sonunda isə nümayəndəlik işə öz şəxsi binasında başlayacaq.

ARDNŞ-nin yeni biznes-mərkəzində ARDNŞ-nin bütün şirkətlər qrupları - SOCAR/TURCAS Rafineri və SOCAR/TURCAS Petrokimya yerləşəcək.

Hazırda ARDNŞ Türkiyədə bir neçə iri layihədə iştirak edir. Şirkət "Petkim" Neft-Kimya Kompleksinin həmsahibidir.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti