...

Parlament seçkiləri günü Azərbaycanın bütün seçki məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq

Energetika Materials 1 Noyabr 2010 13:07 (UTC +04:00)
"Azərenerji" SC Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkiləri günü regionları və seçki məntəqələrini keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməyə hazırdır.
Parlament seçkiləri günü Azərbaycanın bütün seçki məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" SC Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkiləri günü regionları və seçki məntəqələrini keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməyə hazırdır. Bu barədə SC-nin vitse-prezidenti Marlen Əsgərov bazar ertəsi bildirib.

"Azərenerji" elektrik enerjisinin istehsalı, Bakı şəhəri istisna olmaqla, Azərbaycanın bütün regionlarında onun paylanması ilə məşğul olur.

"Seçki günü hər şeyin yüksək səviyyədə olması üçün bütün zəruri işlər görülüb", - Əsgərov qeyd edib.

Bakıda elektrik enerjisinin paylanması ilə məşğul olan "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin bazar ertəsi verdiyi məlumata görə, SC-də seçki günü bütün rayonların, eləcə də seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bütün zəruri işlər görülüb.

Mustafayevin sözlərinə görə, seçki dövründə "Bakıelektrikşəbəkə"nin bütün əməkdaşları gücləndirilmiş rejimdə çalışacaqlar. Eləcə də, noyabrın 7-də SC-də əlavə ehtiyat güclər fəaliyyət göstərəcək, hər bir məntqədə zərurət yaranacağı halda bu gücləri işə salmaq üçün briqadalar çalışacaqlar.

Xəbər lenti

Xəbər lenti