...

Azərbaycanın "Ümid" yatağının ehtiyatları artırıla bilər

Energetika Materials 7 Dekabr 2010 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir S.Əliyev/

ARDNŞ-nin açılması barədə noyabrın sonunda elan etdiyi Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağının ehtiyatları 50 faizədək artırıla bilər. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə deyib.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.

"Ümid" yatağında ikinci quyunun qazılmasına ARDNŞ 2011-ci ilin ortalarında başlamağı planlaşdırır.

İkinci quyunun qazılması zamanı birinci qazma prosesində aşkar edilən yatağın bütün xüsusiyyətləri nəzərə alınacaq.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti