...

Azərbaycan 2011-ci ildə qaz hasilatını artırmağı planlaşdırır

Energetika Materials 22 Yanvar 2011 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əliyev/

2011-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 28 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Bu göstərici 2010-cu ildə 26,23 milyard təşkil edib. Bu barədə şənbə günü respublikanın neft-qaz bazarında mənbə bildirib.

Ən böyük hasilat həcmi - 11,6 milyard kubmetrdən çox qazın "Azəri-Çıraq-Günəşli" dəniz yataqlar blokundan çıxarılması nəzərdə tutulur. Lakin bu, böyük hissəsi daxili təbəqə təzyiqinin saxlanılması üçün təbəqəyə geri doldurulan qazdır.

Bu il ARDNŞ-nin payına şirkətin öz vəsaiti hesabına yataqlarında hasil olunan 7,2 milyard kubmetr qaz düşəcək.

"Şah Dəniz" yatağının hazırlanması çərçivəsində bu il 9,1 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır. Bu göstəricinin artması Türkiyədən qaz alınmasından asılı olacaq.

Bu il Bakı-Tbilisi-Ərzurum qaz kəməri üzrə Türkiyəyə "Şah Dəniz" yatağından 6,23 milyard kubmetr,Gürcüstana 740 milyon kubmetr qaz ixrac edilməsi planlaşdırılır. Azərbaycan bu il "Şah Dəniz" yatağından 1,8 milyard kubmetr qaz alacaq.

"Şah Dəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şah Dəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Bakı-Tbilisi-Ərzurum kəmərinin (Cənubi Qafqaz boru kəməri) uzunluğu 700 kilometrdən çoxdur. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz bu kəmər vasitəsilə nəql olunur və Gürcüstan vasitəsilə Türkiyəyə daşınır. Azərbaycan da qaz alıcısı kimi iştirak edir.

Xəbər lenti

Xəbər lenti