...

Azərbaycan və Ukrayna neft və qaz tədarükü üzrə saziş imzalayıblar (FOTO)

Energetika Materials 28 Yanvar 2011 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşünün yekunları üzrə Ukrayna və Azərbaycan hökumətləri arasında Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan və Ukrayna neft və qaz tədarükü üzrə saziş imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşünün yekunları üzrə Ukrayna və Azərbaycan hökumətləri arasında Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. Trend-in məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Eləcə də iki ölkə hökumətləri arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər haqqında saziş imzalanıb.

"Ukrainskaya pravda"nın yazdığı kimi, ölkənin energetika naziri Yuri Boyko deyib ki, memorandum Azərbaycan tərəfindən 2014-cü ildə 2 milyard kubmetr, 2015-ci ildə isə 5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur.

Nazirin sözlərinə görə, saziş Azərbaycan neftinin avers rejimdə Odessa-Brodı neft kəməri ilə nəqlini nəzərdə turur.

"Bu il 8 milyondan 12 milyon tonadək neftin nəqli planlaşdırılır", - o deyib.

Azərbaycan qazının Ukraynaya tədarükününü "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi çərçivəsində həyata keçirilməsi mümkündür. Bu layihə Azərbaycandan qazın Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutur.

Layihənin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq.

Hazırda Ukraynada ölkədə prioritet milli layihələr sırasında olan maye qazın qəbulu üzrə terminalın yaradılması üzərində iş gedir.

Ukrayna terminalı üzrə maye qaz tədarükü haqqında müqavilələrin imzalanması 2012-ci ilin son üç rübü və 2013-cü ilin birinci rübünə planlaşdırılıb. Terminalın yaradılmasının birinci fazası çərçivəsində tikinti işlərinin 2013-cü ilin ikinci rübündən başlayaraq 2015-ci ilin sonunadək başa çatdırılması planlaşdırılıb.

Azərbaycan neftinin Ukrayna ərazisi ilə nəqli Odessa-Brodı neft kəməri ilə həyata keçirilə bilər.

Odessa-Brodı neft nəqli layihəsi neftin Ukrayna NEZ-lərinə tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb.

Magistral 674 km uzunluğa malikdir, borunun diametri 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir. Ukrayna neft boru kəmərinin tikilməsindən etibarən iki il ərzində Xəzər neftinin bu kəmərlə birbaşa nəqlinə nail olmaq üçün uğursuz çalışıb. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü il iyunun sonunda Rusiya neftinin nəqli üçün boru kəmərindən revers istiqamətdə istifadəyə icazə verib.

Hazırda nəqliyyat dəhlizinin Polşayadək davam etdirilməsi layihəsi işlənir. Odessa-Brodı-Plosk-Qdansk boru kəməri marşrutunun yaradılması çərçivəsində "Sarmatia" birgə müəssisəsi yaradılıb.

"Sarmatia"nın iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların hər birinin payı 24,75 faiz, Litva şirkətinin payı isə bir faiz təşkil edir.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti