...

Xəzərdə Azərbaycanın neft-qaz yataqlarından birinin inkişafı üzrə proqram hazırlanıb

Energetika Materials 7 Fevral 2011 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən işlənən Azərbaycanın "Günəşli" yatağının dayaz hissəsində hasilatın saxlanılması və artırılması üzrə ilk proqram variantının hazırlanması işləri başa çatdırılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.

Mənbənin dediyi kimi, proqram "28 may" neftqazhasilatı idarəsi tərəfindən hazırlanıb və "Azneft" istehsalat birliyinə təqdim olunub.

"Proqrama İB-da baxılacaq və bundan sonra müvafiq məsləhət və təkliflər veriləcək",- mənbə deyib.

Mənbənin sözlərinə görə, proqram platformanın genişlənməsi, yeni platformaların inşası və quyuların qazılmasını nəzərdə tutur.

Bundan əvvəl ARDNŞ-nın rəhbəri Rövnəq Abdullayevin dediyi kimi, 2011-ci ildə şirkət tərəfindən qoyulan məqsədlərdən biri yeni, təmirli platformaların inşası, boru kəmərlərinin çəkilməsi və "Günəşli" və "Neft daşları" dəniz yataqlarında yeni quyuların qazılmasıdır.

"Günəşli" yatağı "28 may" neftqazhasilatı idarəsinin balansında yerləşir.

"Günəşli" yatağının dayaz hissəsi ARDNŞ tərəfindən şəxsi vəsaitləri hesabına işlənir, dərin hissəsi isə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun tərkibində xarici şirkətlərin konsorsiumu ilə birgə.

Xəbər lenti

Xəbər lenti